Azərbaycan, Bakı, 26 fevral / Trend , müxbir R.Ergün /
Futbol üzrə Azərbaycan kuboku çərçivəsində keçirilən "Qarabağ" - "Neftçi" oyununu idarə edən baş hakim ağaşı qiymət alıb. Bu barədə Trend -a Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) mətbuat xidməti məlumat verib.
Azərbaycan kubokunun 1/4 final mərhələsində keçirilən "Qarabağ" - "Neftçi" oyununun baş hakimi Fariz Yusifov olub. AFFA Hakimlər Komitəsi Yusifovun idarəçiliyini 7,3 balla qiymətləndirib.
"Qarabağ" - "Neftçi" oyunu meydan sahibi olan komandanın 1:0 hesablı qələbəsi ilə başa çatıb.
"İnter" - "Simurq" oyununun baş hakimi olan Anar Niyazov 8,0, "Qəbələ" - "Olimpik" görüşünü idarə edən Anar Salmanov 8,1, "Xəzər-Lənkəran" - "Bakı" qarşılaşmasında baş hakim olan Babək Quliyev isə 8,0 bal alıb.
Məqalə müəllifi ilə əlaqə ünvanı:[email protected]