...

Gürcüstanın xalq müdafiəçisi BMT-nin İnsan Haqları üzrə Şurasının sessiyasında iştirak edəcək

Cəmiyyət Materials 9 Mart 2009 10:28 (UTC +04:00)

Gürcüstanın Xalq Müdafiəçisi Sozar Subari və onun müavini Qiorqi Çxeidze BMT-nin İnsan Haqları Şurasının 10-cu iclasında iştirak edir. Xalq Müdafiəçisi Aparatından Trend -a verilən məlumata görə, sessiyada digər məsələlərlə yanaşı, BMT-nin işgəncələr üzrə xüsusi məruzəçisi Manfred Novakın hesabatı təqdim olunacaq.

Gürcüstanın Xalq Müdafiəçisi müzakirələrdə iştirak edəcək, Gürcüstanda işgəncələr üzrə vəziyyət və qaçqınların vəziyyətinə dair öz hesabatını təqdim edəcək.

Xalq müdafiəçisinin Novak, həmçinin Avropanın bir sıra hüquq müdafiə təşkilatlarının nümayəndələri ilə görüşü nəzərdə tutulub.

Xəbər lenti

Xəbər lenti