...

Naxçıvana qar yağıb

Cəmiyyət Materials 16 Mart 2009 10:16 (UTC +04:00)

Azərbaycan, Naxçıvan, 16 mart / Trend , müxbir E.Məmmədov /
Martın 16-na keçən gecədən başlayaraq Naxçıvan Muxtar Respublikasının bəzi rayonlarına qar yağıb.
Trend -un bölgə müxbirinin məlumatına görə, Muxtar Respublikanın Sədərək, Şərur və Kəngərli rayonlarında qarın qalınlığı 5-8 santimetr qalınlığında olduğu halda, Şahbuz və Ordubad rayonlarında 10-15 santimetrə çatıb.
Şahbuz, Ordubad, Şərur və Kəngərli rayonlarının bəzi dağ və dağətəyi kəndlərində qarın qalınlığı 15 santimetri də keçib. Hazırda həmin rayonlarda qar yağıntısı davam edir.
Azərbaycan Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən jurnalistlərə bildiriblər ki, martın 15-19-da ölkə ərazisində hava qeyri-sabit keçəcək, bəzi rayonlara qar yağacaq.
Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti