...

Azərbaycanın Gəncə şəhərində ali təhsil ocağının adı dəyişdirilib

Cəmiyyət Materials 8 Aprel 2009 16:58 (UTC +04:00)

Azərbaycan, Bakı, 08 aprel / Trend , müxbir K.Zərbalıyeva /

Azərbaycanın qərbində yerləşən Gəncə şəhərində (paytaxt Bakıdan 365 kilometr aralı) ali təhsil ocağının adı dəyişdirilib.

"Nazirlər Kabinetinin qərarı ilə Azərbaycan Dövlət Kənd Təsərrüfatı Akademiyasının adı dəyişdirilərək Azərbaycan Dövlət Aqrar Universiteti adlandırılıb", - çərşənbə günü Trend -a Nazirlər Kabinetindən məlumat verilib.

Məlumata görə, ali təhsil ocağının adının dəyişdirilməsi barədə Kənd Təsərrüfatı Nazirliyi təklif irəli sürüb.

Məqalə müəllifi ilə əlaqə ünvanı:[email protected]

Xəbər lenti

Xəbər lenti