...

Azərbaycanın İctimai Televiziyası bölgədə ən seçimli şirkətə çevriləcək - baş direktor

Cəmiyyət Materials 16 Aprel 2009 14:51 (UTC +04:00)
Azərbaycanın İctimai Televiziyası bölgədə ən seçimli şirkətə çevriləcək - baş direktor

Azərbaycan, Bаkı, 16 aprel / Trend , müxbir A.Hüseynbala /

Azərbaycanın İctimai Televiziya və Radio Yayımları Şirkətinə (İTV) yenidən baş direktor seçilən İsmayıl Ömərov ona edilən etimadın şirkətin ötən dörd ildəki fəaliyyətinə verilən qiymət kimi dəyərləndirib.

"Biz Azərbaycan teleməkanında dörd ilə əvvəl sıfırdan başladıq və birinci kanal olduq. Növbəti dörd ildə bölgədə ən seçimli bir şirkətə çevriləcəyimizə inanıram", - cümə axşamı Trend -a İsmayıl Ömərov bildirib.

Trend -un arayışı: İctimai Televiziyasının (İTV) baş direktoru İsmayıl Ömərov cümə axşamı vəzifəsinə yenidən seçilib.  

İTV-nin baş direktoru vəzifəsinə üç namizəd - İTV-nin baş direktoru İsmayıl Ömərov, ATV telekanalının xəbərlər redaktoru Bəhruz Məhərrəmov və İTV-də "Carçı" verilişinin direktoru Azad Məmmədov iddialı idi. Bəhruz Məhərrəmov aprelin 14-də namizədliyini geri götürüb.

Azərbaycanın İctimai Televiziyası 2005-ci ilin avqustunda yaradılıb. İTV-nin baş direktorunun səlahiyyət müddəti 4 ildir.

Onun sözlərinə görə, yaradıcı heyətin potensialına və peşəkarlığına inandığından iddiasının reallaşacağına şübhə etmir.

"2005-ci il seçkisində Yayım Şurası 22 nəfər namizəd arasından şəxsiyyətimə verilən qiymətə görə məni seçmişdi. Bu dəfəki seçim isə kollektivin zəhmətinə, intellektinə, peşəkarlığına qyimət verilərək edilib", - İTV-nin baş direktoru əlavə edib.

"Mən kollektivə inanıram və qarşıda daha böyük layihələri reallaşdıracağımıza arxayınam", - şirkətin rəhbəri vurğulayıb.

Məqalə müəllifi ilə əlaqə ünvanı:[email protected]

Xəbər lenti

Xəbər lenti