...

Ukraynanın UKRİNFORM milli informasiya agentliyi və Azərbaycanın TREND agentliyi tərəfdaş olublar

Cəmiyyət Materials 16 Aprel 2009 16:59 (UTC +04:00)
Ukraynanın UKRİNFORM milli informasiya agentliyi və Azərbaycanın TREND agentliyi tərəfdaş olublar

Azərbaycan, Bakı, 16 aprel / Trend , müxbir C.Babayeva /

Ukraynanın UKRİNFORM milli informasiya agentliyi və Azərbaycanın TREND agentliyi informasiya sahəsində əməkdaşlıq haqqında müqavilə imzalayıblar.

Müqavilə öz ölkələrinin siyasi, iqtisadi, sosial və mədəni-humanitar həyatı haqqında qarşılıqlı məlumatlandırmanı, həmçinin həm Ukrayna və Azərbaycanda, həm də ondan kənarda maraq kəsb edən informasiya, rabitə, foto, videoinformasiya sahəsində iş əməkdaşlığının inkişafını nəzərdə tutur.

İki agentlik, həmçinin peşəkar təcrübə mübadiləsi, o cümlədən Ukrayna və Azərbaycan haqqında ixtisaslaşmış materialların hazırlanması və b. nəzərdə tutublar.

90 illik inkişaf tarixinə malik UKRİNFORM - ukrayna, rus, ingilis və alman dillərində gündəlik təxminən 500 məlumat, 200-yə yaxın foto deməkdir. Rəhbər strukturlar, Ukraynanın müxtəlif səviyyəli qəzet və televiziyaları, müəssisələr, təşkilatlar, kommersiya firmaları, xarici istehlakçılar UKRİNFORM -un xəbər alıcılarıdır. UKRİNFORM -un lentlərini müqavilə üzrə 26 xarici agentlik, İTAR-TASS (Rusiya), MTİ (Macarıstan), BTA (Bolqarıstan), Sinxua (Çin), BelТА (Belarus), KАBАR (Qırğızıstan) alır.

TREND Agentliyi - 1995-ci ildə Azərbaycanda yaradılmış özəl beynəlxalq informasiya agentliyidir. TREND-in onlayn-xəbərlər buraxılışları ingilis, rus, fars və ərəb dilləri daxil olmaqla beş dildə nəşr olunur və www.trendaz.com veb-portalında yerləşdirilir. TREND abunəçilərə yüksək keyfiyyətli video və foto materialları, həftənin, ayın, ilin əsas siyasi, iqtisadi hadisələrini özündə birləşdirən analitik məhsullar və agentliyin ekspertlərinin iqtisadi məqalələrini təqdim edir.

2006 və 2007-ci illərin yekunları üzrə TREND İnformasiya Agentliyi "Azərbaycanın kütləvi informasiya vasitələri" nominasiyasında "İlin ən yaxşı şirkəti" mükafatına layiq görülüb. 2008-ci ildə TREND Agentliyi "XI Avrasiya Teleforumu çərçivəsində "İnformasiya tərəfdaşlığının uğurlu media-menecmentinə görə" nominasiyasında "Avrasiya İnternet-məkanda" xüsusi elektron KİV müsabiqəsinin qalibi olub.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti