...

Azərbaycanda 2009/2010-cu tədris ili üçün ali təhsil müəssisələrinə ərizə qəbulu elan olunub

Cəmiyyət Materials 17 Aprel 2009 12:29 (UTC +04:00)
Azərbaycanda 2009/2010-cu tədris ili üçün ali təhsil müəssisələrinə ərizə qəbulu elan olunub

Azərbaycan, Bakı, 17 aprel / Trend , müxbir C.Babayeva /

Azərbaycanın Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) cümə günü 2009/2010-cu tədris ili üçün ali və xüsusi orta təhsil müəssisələrinə ərizə qəbulunun başlanması barədə elan edib.

"Qəbul imtahanlarında iştirak etmək üçün abituriyentlər internet vasitəsilə elektron ərizələri 21 apreldən 31 maya qədər doldurub göndərməlidirlər. Abituriyentlər qəbul üzrə müvafiq komissiyaya sənədləri təqdim edərkən ərizələrini 28 aprel-31 may tarixlərində təsdiqləyirlər", - mətbuat konfransında TQDK sədri Məleykə Abbaszadə bildirib.

Bu il Azərbaycan təhsil müəssisələrinə 149 ixtisas üzrə qəbul aparılacaq.

"Abituriyentlər elektron ərizələri bütün poçt şöbələrində doldura bilər və Vergilər Nazirliyinin 14 kompüter terminalındakı pulsuz internetdən yararlana bilərlər", - Abbaszadə deyib.

"İlk qəbul imtahanlarının iyulun 5-də keçirilməsi gözlənilir", - o deyib. Bütün imtahanların qrafiki mayın əvvəlində açıqlanacaq.

Xəbər lenti

Xəbər lenti