...

Məhkəmə azərbaycanlı politoloqun oğlu barəsində hökm çıxarıb

Cəmiyyət Materials 22 Aprel 2009 13:18 (UTC +04:00)
Məhkəmə azərbaycanlı politoloqun oğlu barəsində hökm çıxarıb

Azərbaycan, Bакı, 22 aprel / Trend , müxbir A.Hüseynbala /  

Azərbaycan məhkəməsi politoloq Zərdüşt Əlizadənin oğlu barəsində 1 il azadlıqdan məhrum edilməsi barədə qərar çıxarıb.

"Nəsimi Rayon Məhkəməsinin hakimi Səyyad Qafarinin çıxardığı qərara görə, Salur Əlizadənin həbsdə olduğu bir gün iki gün hesablanacaq. Bu səbəbdən onun azadlığının məhdudlaşdırılacağı müddət 5 ay 24 gün olacaq", - çərşənbə günü Trend -a vəkil Elçin Sadıqov bildirib.

Məhkəmə, həmçinin Əlizadənin məcburi müalicə olunması barədə də qərar çıxarıb və o, məhkəmə zalından azadlığa buraxılıb.

Əlizadə yanvarın 21-də Daxili İşlər Nazirliyi Baş Narkotiklərlə Mübarizə İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat nəticəsində saxlanılıb. Barəsində Cinayət Məcəlləsinin qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri və ya prekursorları hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma (234) maddəsi ilə cinayət işi açılıb.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti