...

Braziliyanın Futbol Akademiyasının rəhbərliyi Bakıda səfərdədir

Cəmiyyət Materials 28 Aprel 2009 12:18 (UTC +04:00)

Azərbaycan, Bakı, 28 aprel / Trend , müxbir A.Hüseynbala /

Braziliyanın "Ole Brasil" Futbol Akademiyasının rəhbərliyi Bakıda səfərdədir, çərşənbə axşamı Trend -a Azərbaycan Futbol Federasiyaları Assosiasiyasından (AFFA) məlumat verilib.

AFFA-nın inzibati binasında bu gün baş katib Elxan Məmmədovla "Ole Brasil" Futbol Akademiyasının prezidenti Maurisio Siqueyra Penya arasında görüş keçirilib. Görüşdə AFFA-nın Futbol Akademiyasının iş prinsipi, eləcə də "Ole Brasil" Futbol Akademiyasının fəaliyyəti barədə ətraflı müzakirələr olub, fikir mübadiləsi aparılıb.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti