...

Ukraynada ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş mini-futbol turniri keçiriləcək

Cəmiyyət Materials 28 Aprel 2009 12:38 (UTC +04:00)

Azərbaycan, Bakı, 28 aprel / Trend , müxbir A.Hüseynbala /

Mayın 1-də Ukraynanın paytaxtı Kiyev şəhərində "Temp" stadionunda ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş mini-futbol turniri keçiriləcək.

Hakim Yeni Azərbaycan Partiyasının (YAP) rəsmi saytının çərşənbə axşamı yaydığı məlumata görə, yarışda Ukrayna və Azərbaycanın ən güclü komandaları mübarizə aparacaqlar.

Yarış Azərbaycanın Ukraynadakı səfirliyinin təşkilatçılığı və Kiyevin Svyatoşinsk rayonu şurası və dövlət administrasiyası, Ukrayna İdman Jurnalistləri Assosiasiyası, Ukrayna Azərbaycanlıları Konqresi, Ukrayna-Azərbaycan Dostluğu Beynəlxalq Xeyriyyə Fondunun dəstəyi ilə keçirilir.

Turnirin təşkilat komitəsinin rəhbəri Azərbaycanın Ukraynadakı səfiri Tələt Əliyev və Svyatoşinsk rayonunun başçısı Vladimir Mazepadır.

Turnirin qalibləri kubok, diplom, medallarla təltif olunacaqlar.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti