Azərbaycan, Bakı, 04 may / Trend , müxbir K.Zərbalıyeva /
Azərbaycan Məhkəmə Hüquq Şurası Gəncə şəhər Kəpəz rayon Məhkəməsinin sədrini tutduğu vəzifədən azad edib.
Məhkəmə Hüquq Şurasından bazar ertəsi Trend -a bildirilib ki, məhkəmə sədri İbrahim Fəttahov fəaliyyətində ciddi qanun pozuntularına və digər pozuntulara yol verdiyinə görə, onun başqa işə keçirilməsi ilə bağlı qərar qəbul edilib.
Şuranın son iclasında qanunvericiliyin tələblərinin pozulması ilə bağlı 3 hakim barəsində intizam icraatlarına başlanılıb.
Hökumətin ötən ilin yekunları ilə bağlı Milli Məclisə təqdim etdiyi hesabatda qeyd olunub ki, Azərbaycanda korrupsiya hüquqpozmalarına yol verdikləri üçün 3 hakimin səlahiyyətlərinə vaxtından əvvəl xitam verilib.
Hesabatda bildirilir ki, fəaliyyətlərində hüquq pozuntularına, süründürməçiliyə yol verdikləri üçün 40-dək hakim barədə intizam icraatı başlanıb.
Nəticədə 6 hakim aşağı işə keçirilib və ya iş yeri dəyişdirilib. Hakim korpusunun fəaliyyətinin qiymətləndirilməsi nəticəsində 2007-2008-ci illər ərzində 32 hakimin səlahiyyətinə xitam verilib.
Məqalə müəllifi ilə əlaqə ünvanı:[email protected]