...

Azərbaycanın güllə atıcılığı üzrə yığma komandası dünya kubokunda iştirak edəcək

Cəmiyyət Materials 7 May 2009 17:12 (UTC +04:00)

Azərbaycan, Bаkı, 07 may / Trend , müxbir A.Hüseynbala /

Azərbaycanın güllə atıcılığı üzrə yığma komandasının üzvləri Almaniyanın Hannover şəhərində təlim məşq toplanışındadırlar.

"Güllə atıcıları mayın 12-də Almaniyanın Münhen, 21-də isə İtaliyanın Milan şəhərində keçirilən dünya kubokunda iştirak edəcəklər. İdmançıları bu yarışlara məşqçi Ruqiyə Bağırova hazırlayır", - cümə axşamı Trend -a Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən bildirilib.

Azərbaycanın güllə atıcılığı üzrə yığma komandasının üzvləri Almaniyada keçirilən beynəlxalq turnirdə iştirak ediblər.

Yığma komandanın üzvü Ruslan Lunyov 50 metr məsafədən kiçik çaplı tapança ilə atəşaçma yarışında 548 xalla gənclər arasında birinci yeri tutub. Yığma komandamızın digər üzvü İradə Aşumova da 10 metr məsafədə tapança ilə atəş açmaqla 385 xalla birincilik əldə edib, 25 metr məsafəlik yarışda isə 565 xalla ikinci olub. Digər idmançımız Nigar Bağırova 25 məsafəyə atəşaçma yarışında 551 xalla dördüncü, 10 metr məsafəni nişanalma yarışında isə 379 xalla ikinci yerə layiq görülüb.

Məqalə müəllifi ilə əlaqə ünvanı:[email protected]

Xəbər lenti

Xəbər lenti