Azərbaycan, Bakı, 12 may / Trend , müxbir A.Hüseynbala /
Azərbaycanın akademik avarçəkənləri Almaniyanın Münhen şəhərində keçirilən yeniyetmələr arasında üzrə "DRV - International Junior Regatta" adlı beynəlxalq turnirin ikinci günündə də mübarizəyə qatılıblar.
Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən bazar ertəsi Trend -a bildiriblər ki, 2 nəfərlik təkavarlı qayıqda çıxış edən Teymur Kutseba - Aleksandr Qlotov dueti 2000 metrlik məsafəni 7:16,14 dəqiqəyə qət edərək, A finalında 6 iştirakçı cütlük arasında 3-cü yeri tutub.
1. İqor Luçiç - Luka Corceviç (Serbiya) - 7:04,21 dəqiqə
2. Foşi Benjamin - Muano Matiö (Fransa) - 7:12,03
3. Teymur Kutseba - Aleksandr Qlotov (Azərbaycan) - 7:16,14
4. Konrad Voyevodziç - Sebastian Kaçmarek (Polşa) - 7:17,32
5. Kristi Pirgi - Alexandru Palamariu (Rumıniya) - 7:23,71
6. Yoşua Pendri - Qreq Edvards (Böyük Britaniya) - 7:28,95.
Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]