...

Azərbaycan yığması yeniyetmələr arasında bədii gimnastika üzrə Avropa Çempionatında ikinci yeri tutub (Fotosessiya)

Cəmiyyət Materials 17 May 2009 12:13 (UTC +04:00)
Azərbaycan yığması yeniyetmələr arasında bədii gimnastika üzrə Avropa Çempionatında ikinci yeri tutub (Fotosessiya)

Azərbaycan, Bakı, 17 may / Trend müxbir D.İbrahimova/ Azərbaycan yığması yeniyetmələr arasında keçirilən bədii gimnastika üzrə Avropa Çempionatında ikinci yeri tutub. Trend -un verdiyi xəbərə görə, birinci yerə rusiyalı gimnastlar layiq görülüb. Üçüncü yeri isə Belarus yığması tutub.
1. Rusiya 26.500
2. Azərbaycan 25.650
3. Belarus 24.300
4. İsrail 23.875
5. İspaniya 23.850
6. Bolqarıstan 23.500
7. Polşa 21.925
 
Azərbaycanın yeniyetmələrdən ibarət komandasının heyətinə Abbasova Səbinə, Əbdülsəlimova Nigar, Xələfova Aelita, Məhərrəmova Lalə, Məmmədova Kamilə və Jidkova Yevgeniya daxildir.
Mayın 15-də Bakıda Bədii Gimnastika üzrə 25-ci Avropa çempionatı start götürüb. Yarışın təşkili məsuliyyətini öz üzərinə Azərbaycan Gimnastika Federasiyası götürüb. Yarışlarda 32 ölkədən 186 gimnast iştirak edib.

Xəbər lenti

Xəbər lenti