...

Bakı klubunun məqsədi Çempionlar Liqasının qrup mərhələsinə düşməkdir – klubun rəsmisi

Cəmiyyət Materials 17 May 2009 22:15 (UTC +04:00)
Bakı klubunun məqsədi Çempionlar Liqasının qrup mərhələsinə düşməkdir – klubun rəsmisi

Azərbaycan, Bakı, 17 may / Trend /  Bakı klubunun məqsədi Çempionlar Liqasının qrup mərhələsinə düşməkdir. Bu barədə bazar günü Trend -a klubun baş meneceri Zeynal Məmmədov bildirib. 

"Avropa Kuboku uğrunda oyunlarda nailiyyətlər əldə etmək üçün komanda gücləndiriləcək. Bunun üçün isə ilk növbədə yeni transferlər həyata keçiriləcək", deyə Məmmədov əlavə edib. 

Trend -un arayışı: Azərbaycan Premyer-liqasının sonuncu 26-cı turunun əsas oyunu başa çatıb. Autsayder "Muğan"ı qəbul edən "Bakı" çətinlik çəkmədən qələbə qazanıb. Görüş "Bakı"nın 4:0 hesablı qələbəsi ilə nəticələnib. Qolları Batista, Adamiya və Ticani (dubl) vurublar. 

Məqalə müəllifi ilə əlaqə ünvanı - [email protected]

Xəbər lenti

Xəbər lenti