...

Azərbaycan cüdoçuları Ukraynada 3 medal qazanıblar

Cəmiyyət Materials 18 May 2009 12:03 (UTC +04:00)

Azərbaycan, Bakı, 18 may / Trend , müxbir A.Hüseynbala /

Ukraynanın paytaxtı Kiyevdə gənc oğlan və qızlar arasında təşkil olunmuş beynəlxalq cüdo turnirinə yekun vurulub.

Azərbaycan Cüdo Federasiyasının mətbuat xidmətindən bazar ertəsi Trend -a verilən məlumata görə, yarışa qatılan 23 idmançımızdan 3-ü fəxri kürsüyə yüksəlib.

İlqar Müşkiyev (55 kq) və Ramin Qurbanov (81 kq) bütün rəqiblərinə qalib gələrək, qızıl medala sahib çıxıblar. Digər həmyerlimiz Mirzə Əsgərov (60 kq) isə 3-cü yeri tutub.

Cüdoçularımız turnirin ardından Kiyevdə start götürən təlim-məşq toplanışında iştirak etdikdən sonra Vətənə dönəcəklər.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti