...

Almaniyanın hava yolları şirkəti Azərbaycan vətəndaşına təzminat ödəyəcək

Cəmiyyət Materials 18 May 2009 14:44 (UTC +04:00)

Azərbaycan, Bakı, 18 may / Trend , müxbir, K. Zərbalıyeva /

Lufthansa Alman Hava Yollarının Azərbaycan vətəndaşına vurduğu ziyana görə 1500 dollar təzminat ödəməsi ilə bağlı məhkəmə qərar qəbul edib.

Hüquqşünas Cabbar Həsənov bazar ertəsi Trend -a bildirib ki, bu gün Bakı Apellyasiya Məhkəməsində Elnar Rzazadənin Lufthansa Alman Hava Yollarına qarşı dəymiş ziyanının ödənilməsi tələbi ilə bağlı işi üzrə proses yekunlaşıb.

Həsənov bildirib ki, Bakı Apellyasiya Məhkəməsinin qətnaməsi ilə Rzazadənin apellyasiya şikayəti qismən təmin olunub və Lufthansa Alman Hava Yollarının üzərinə vurduğu ziyana görə 1500 ABŞ dolları məbləğində pul ödəmək öhdəliyi qoyulub.

Amerikadan Azərbaycana qayıdan Rzazadənin baqajı Lufthansa Alman Hava Yollarının təqsiri üzündən itib. Cavabdeh iddianı etiraf etsə də, iddiaçıya dəyən 10 min 995 ABŞ dolları məbləğində ziyanı ödəməkdən imtina edib və öz məsuliyyətinin Varşava Konvensiyası ilə nəzərdə tutulmuş məbləğdə məhdudlaşdırılmalı olmasını iddia edib.

Belə ki, cavabdeh hesab edir ki, Konvensiyaya əsasən, itmiş baqajdakı əşyanın dəyərindən asılı olmayaraq, onun hər kiloqramının çəkisinə görə baqaj sahibinə 23 Avro pul ödənilməlidir.

Ərizəçi hesab edir ki, hətta Varşava Konvensiyası ilə daşıyıcının mal sahibinə vurduğu ziyana görə maddi məsuliyyəti məhdudlaşdırılsa belə, bu hal Avropa insan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında Konvensiyaya Əlavə 1 saylı Protokolun 1-ci maddəsi ilə təminat verilən mülkiyyət hüququnun pozuntusu kimi qiymətləndirilməlidir.

Rzazadə Bakı Apellyasiya Məhkəməsinin qətnaməsindən kassasiya şikayəti verməyə hazırlaşır.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti