...

Kanadada Xəzəryanı ölkələrin xarici siyasəti ilə bağlı konfrans keçiriləcək

Cəmiyyət Materials 21 May 2009 17:04 (UTC +04:00)

Azərbaycan, Bаkı, 21 may / Trend , müxbir A.Hüseynbala /

Kanadada Xəzəryanı ölkələrin xarici siyasəti ilə bağlı konfrans keçiriləcək.

"Toronto şəhərində keçiriləcək "Xəzəryanı ölkələrin xarici siyasətinin formalaşmasında enerji daşıyıcılarının rolu" mövzusunda konfransa Kanada, ABS və Azərbaycandan məruzəçilər qatılacaq", - cümə axşamı Trend -a Diasporla İş üzrə Dövlət Komitəsindən bildirilib.

Tədbirdə əsasən Azərbaycanın bu sahədə təcrübəsi barədə məruzələr və çıxışlar nəzərdə tutulub. "Konfransı London İqtisadi və Siyasi Elmlər Universitetinin münayəndəsi Aslan Amani açacaq. Onun çıxışından sonra Toronto Universitetinun təmsilçisi Lucan Vay "Sabiq Sovetlər İttifaqında avtoritar sabitlik mənbələri: müqayisəli perspektivdə Azərbaycan" mövzusunda məruzə təqdim edəcək", - məlumatda qeyd edilir.

Toronto Universitetinin daha bir alimi Robert Austinin çıxışı isə "Azərbaycanın xarici siyasətinə kənardan müşahidə perspektivləri" mövzusunda olacaq. "Stonbric Beynəlxalq MMC-in aparıcı məsləhətçisi Elşən Ələkbərov "Xəzər hövzəsi enerji istehsalında siyasi və kommersiya reallıqları: Rusiya, ABŞ, Avropa İttifaqı və Çin mənbə və təsir axtarışında" mövzusunda məruzə ilə çıxış edəcək. Azərbaycanın Kanadadakı səfirliyinin əməkdaşı Fərid Şəfiyev tədbir iştirakçılarına Azərbaycan xarici siyasətinin prioritetləri haqqında ətraflı məlumat verəcək. Konfransdan sonra Azərbaycanın enerji ehtiyatları və xarici siyasətinə həsr olunan ayrıca dəyirmi masanın təşkili də planlaşdırılıb", - komitənin məlumatında bildirilir.

Məqalə müəllifi ilə əlaqə ünvanı:[email protected]

Xəbər lenti

Xəbər lenti