...

Azərbaycanın Vəkillər Kollegiyasına üzv olmaq istəyən namizədlər üçün keçirilmiş test imtаhаnının nəticələri açıqlanıb

Cəmiyyət Materials 24 May 2009 18:58 (UTC +04:00)

Azərbaycan, Bakı, 24 may / müxbir Trend C.Babayeva/ Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) və Vəkillər Kollegiyası Kollegiyaya üzv olmaq istəyən namizədlər üçün bazar günü keçirilən test imtahanının nəticələri açıqlanıb. Nəticələr TQDK-nın internet saytında (www.tqdk.gov.az) yerləşdirilib.

Müsabiqədə iştirak etmək üçün qeydə alınmış 506 nəfərdən 35-i imtahana gəlməyib. İmtahanın nəticələrinə əsasən, namizədlərdən 71 nəfəri tələb olunan müsabiqə şərtini ödəyərərək növbəti mərhələyə buraxılıb. Ən yüksək nəticə 82 bal olub, bazar günü TQDK-nın yaydığı məlumatda bildirilib.

Namizədlərin imtahan nəticələri haqında arayışlar Vəkillər Kollegiyasına təqdim olunub.

Trend -un arayışı: Azərbaycan vəkillərin sayına görə, Avropa ölkələri sırasında sonuncu yerlərdə durur. Almaniyalı ekspert Tomas Herman daha öncə mətbuata açıqlamalarının birində bildirib ki, Azərbaycanda əhalinin hər yüz min nəfərinə 5 vəkil düşür.

Amaniyalı ekspertin qənaətincə, ədalətli və obyektiv məhkəmə qərarının qəbul edilməsində peşəkar vəkillərin rolu var.
Hazırda Azərbaycanda 720-yə yaxın vəkil var.

Məqalə müəllifi ilə əlaqə ünvanı - [email protected]

Xəbər lenti

Xəbər lenti