...

TREND və QazTAG informasiya agentlikləri tərəfdaş oldular

Cəmiyyət Materials 27 May 2009 16:40 (UTC +04:00)
TREND və QazTAG informasiya agentlikləri tərəfdaş oldular

Azərbaycan, Bakı, 27 may / Trend /

Qazaxıstanın teleqraf agentliyi QazTAG və Azxərbaycanın TREND informasiya agentliyi informasiya sahəsində əməkdaşlıq barədə razılaşma imzalayıblar.

Razılaşma siyasi, iqtisadi, sosial və mədəniyyət-humanitar həyatda qarşılıqlı informasiya mübadiləsi, eləcə də informasiya, rabitə və fotoşəkil sahəsində işgüzar əlaqələrin inkişafını nəzərdə tutur. Tərəflər Azərbaycan, Qazaxıstan və digər ölkələrdə maraq doğuran informasiya və foto sahəsində əməkdaşlıq etmək niyyətindədirlər. Bununla yanaşı, agentliklər qarşı tərəfin müxbirinin digər dövlətin ərazisində peşəkar borcunun yerinə yetirilməsində yardım etmək barədə razılıq əldə ediblər.

"Qazax Teleqraf Agentliyi" (QazTAG) Qazaxıstanın müstəqil informasya agentliyidir və Qazaxıstan Jurnalistlər İttifaqı ictimai birliyi tərəfindən yaradılıb. QazTAG brendinin əsası 1920-ci ilə söykənir və 2008-ci ildə bərpa edilib.

QazTAG abunəçilərinə rus, qazax və ingilis dillərində məlumat yayır. Agentlik tərəfdaşlarına Qazaxıstanda və regionda baş verən siyasi, maliyyə-iqtisadi, eləcə də ən son ictimai hadisələr barədə məlumat verir.

TREND News Agentliyi - 1995-ci ildə Azərbaycanda yaradılmış özəl beynəlxalq informasiya agentliyidir.

TREND News-un onlayn-xəbərlər buraxılışları ingilis, rus, fars və ərəb dilləri daxil olmaqla beş dildə nəşr olunur və www.trendaz.com veb-portalında yerləşdirilir. TREND News abunəçilərə yüksək keyfiyyətli video və foto materialları, həftənin, ayın, ilin əsas siyasi, iqtisadi hadisələrini özündə birləşdirən analitik məhsullar və agentliyin ekspertlərinin iqtisadi məqalələrini təqdim edir.

2006 və 2007-ci illərin yekunları üzrə TREND News İnformasiya Agentliyi "Azərbaycanın kütləvi informasiya vasitələri" nominasiyasında "İlin ən yaxşı şirkəti" mükafatına layiq görülüb. 2008-ci ildə TREND Agentliyi "XI Avrasiya Teleforumu çərçivəsində "İnformasiya tərəfdaşlığının uğurlu media-menecmentinə görə" nominasiyasında "Avrasiya İnternet-məkanda" xüsusi elektron KİV müsabiqəsinin qalibi olub.

Adnkronos international (AKI) media xidməti The GMC Group multimedia nəşr qrupunda birləşmiş 11 şirkətdən biridir. Onun məqsədi İtaliy ilə Avropa, Afrika, Yaxın Şərq, Asiya və Latın Amerikası arasında informasiya dialoqunun qurulmasıdır. Adnkronos ingilis, ərəb və italyan dillərində materiallar buraxır və Reuters International, Scripps Howard News Service, Los Angeles Times-Washington Post News Service, Deutsche Presse Agentur, The New China News Agency və başqaları ilə əməkdaşlıq edir.

Xəbər lenti

Xəbər lenti