...

Azərbaycan gimnastı İspaniya qran-prisində dördüncü olub

Cəmiyyət Materials 1 İyun 2009 16:44 (UTC +04:00)

Azərbaycan, Bakı, 01 iyun / Trend , müxbir C.Babayeva /

İspaniyanın Marbel şəhərində Azərbaycan gimnastı Anna Qurbanovanın da iştirak etdiyi bədii gimnastika üzrə qran-prinin yeddinci yarımfinal mərhələsi başa çatıb.

Azərbaycan Gimnastika Federasiyasının mətbuat xidmətinin məlumatına görə, təsnifatın yekunlarına əsasən çoxnövçülükdə Avropa 2009-un vitse-çempionu dörd mümkün finaldan üçünə vəsiqə qazanıb.

Ən yaxşı nəticəni lentlə keçirilən final tapşırığında göstərib. O, bu tapşırıq üzrə üçüncü yeri tutan İsrail gimnastı İrina Risenzondan 0,2 bal geri qalaraq dördüncü yerə layiq görülüb. Finalda ip ilə tapşırıqda beşinci (26,75), qurşaqla isə altıncı yerə sahib olub (26,85).

Bütün növlər üzrə olimpiya çempionu, Bakıda bu yaxınlarda keçirilən çempionatın qalibi Rusiyalı Yevqeniya Kanaeva birinci olub. Komanda üzrə "Gümüş"-ə onun rəfiqəsi Darya Kondakovaya nail olub. Bürünc medallardan üçünü Qazaxıstandan Aliyə Yusupova və Belarusiyadan Melitin Stanyut əldə edib. 

Moskva yaxınlığındakı Şerbinkdə isə MDB ölkələrinin gənc gimnastlarının iştirakı ilə beynəlxalq yarış keçirilib. 1999-cu il təvəllüdlü yaş qrupunda çıxış edən Ləman Hacızadə və Naidə Əhmədli fəxri kürsüdə müvafiq olaraq ikinci və üçüncü yerlərə layiq görülüblər. 

Cari həftənin (5-6 iyun) sonlarında bu gimnastlar və onların yaşıdları "paytaxtın gözəli" adı üzrə mübarizə aparacaqlar. Olimpiya idman kompleksində keçiriləcək Bakı çempionatında 5 yaş qrupunda həmçinin Gəncədən və müsabiqədən kənar 95 gimnast çıxış edəcək (1994-95, 1996-97, 1998, 1999, 2000-01-ci il təvəllüdlü).

Beynəlxalq turnirlərə kimi Polşada iyunun 5-7-də Vəfa Hüseynova, Dina Qorina, Anastasiya Prasolova, Valeriya Yeqay, Ceyli Quliyeva və Nigar Mirzəyevanın daxil olduğu Azərbaycanın böyüklərdən ibarət komandasının qrup tapşırıqlarında iştirakı ilə Baltic Cup keçiriləcək.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti