...

Ombudsman Moskvada saxlanılan Azərbaycan vətəndaşının qayıtmasına kömək üçün rusiyalı həmkarına müraciət edib

Cəmiyyət Materials 3 İyun 2009 16:17 (UTC +04:00)

Azərbaycan, Bakı, 03 iyun / Trend , müxbir K.Zərbalıyeva /

Ombudsman Moskvada saxlanılan Azərbaycan vətəndaşının Vətənə tez dönməsinə kömək etmək üçün Rusiyanın İnsan Hüquqları üzrə Müvəkkilinə müraciət edib.

Ombudsman Aparatının mətbuat xidmətindən çərşənbə günü Trend -a verilən məlumata görə, himayəsində azyaşlı iki uşağı olan Azərbaycan vətəndaşı Sevinc Həmidova Moskvada qeydiyyatı olmadığından saxlanılıb.

Ombudsman Elmira Süleymanova Rusiyanın İnsan Hüquqları üzrə Müvəkkili V.Lukinə müraciətində Həmidovanın azyaşlı uşaqlarından birinin xəstəxanada, digərinin isə uşaq evində olduğunu əsas gətirərək onun uşaqları ilə Azərbaycana qayıtmasına yardımçı olmasını xahiş edib.

Ombudsman Aparatının əməkdaşı Rusiya Federal Ombudsmanının nümayəndəsi ilə birlikdə Daxili İşlər Nazirliyinin xarici vətəndaşlar üçün Moskva şəhərində saxlama mərkəzində saxlanılan Həmidova ilə görüşüb, onun saxlanma şəraiti və problemləri ilə maraqlanıb.

Həmidova Moskvadakı iki azyaşlı uşağı ilə birlikdə Vətənə dönməsi üçün Azərbaycan Respublikasının Rusiya Federasiyasındakı səfirliyi tərəfindən "Azərbaycan Respublikasına qayıtmaq haqqında şəhadətnamə" ilə təmin edilməsində yardımçı olmağı xahiş edib və bununla əlaqədar Müvəkkilə ərizə yazıb.

Həmidova müvafiq şəhadətnamə ilə təmin olub.

Rusiya və Azərbaycan Respublikası İnsan Hüquqları üzrə müvəkkillərinin müraciətləri nəzərə alınaraq, Həmidovanın Rusiya ərazisindən çıxarılması haqqında Moskva Şəhər Perov Məhkəməsinin qərarının icrası dayandırılıb.

Məqalə müəllifi ilə əlaqə ünvanı:[email protected]

Xəbər lenti

Xəbər lenti