...

İranda "Azərbaycan turu" beynəlxalq velosiped yarışması keçiriləcək

Cəmiyyət Materials 6 İyun 2009 12:12 (UTC +04:00)

Azərbaycan, Bakı, 06 iyun / Trend /

İranda 24-cü "Azərbaycan turu" beynəlxalq velosiped yürüşünə iyulun 1-də start veriləcək. Bu barədə İranın MEHR xəbər agentliyi məlumat yayıb.

Altı mərhələdən ibarət yarışın təşkilatçısı İranın Velosiped İdmanı Federasiyasıdır. Birinci mərhələ iyulun 1-də Təbrizdən Urmiya şəhərinə (146 kilometr), ikinci mərhələ iyulun 2-də Urmiyadan Şəbüstər şəhərinə (175 kilometr), üçüncü mərhələ iyulun 3-də Təbrizdən Culfaya (129 kilometr), dördüncü mərhələ Naxçıvan Muxtar Respublikasında (99,6 kilometr), beşinci mərhələ Culfadan Kəlibərə (145 kilometr), altıncı mərhələ isə Kəlibərdən Təbrizə (173 kilometr) kimi keçiriləcək.

Yarışın mükafatı 50 min dollardır. Yarış beynəlxalq statusa malik olduğundan, mükafatlar uğrunda 16 ölkə idmançılarının mübarizə aparacağı gözlənilir.

Xəbər lenti

Xəbər lenti