...

İspaniyanın futbol yığması Azərbaycanla oyunda qələbəyə köklənib – baş məşqçi

Cəmiyyət Materials 8 İyun 2009 14:18 (UTC +04:00)
İspaniyanın futbol yığması Azərbaycanla oyunda qələbəyə köklənib – baş məşqçi

Azərbaycan, Bakı, 08 iyun / Trend , müxbir Ü.Sadıxova /

"Azərbaycanın futbol yığması ilə sabahkı yoldaşlıq görüşündə hədəfimiz qələbədir", - bazar ertəsi Bakıdakı mətbuat konfransında İspaniya yığmasının baş məşqçisi Visente Del Boske deyib.

Onun sözlərinə görə, ispan komandası əsas komandalarla olduğu kimi mübarizə aparacaq. "Biz Azərbaycan kollektivini zəif hesab etmirik və tam gücümüzlə oynayacağıq", - Del Boske deyib.

Baş məşqçinin sözlərinə görə, İspaniya yığması Azərbaycana kommersiya xeyri deyil, futbol üçün gəlib.

"Komanda bu gün oyunqabağı məşqlərə başlayacaq, meydana çıxacaq oyunçuların adları isə sabah müəyyən ediləcək", - Del Boske bildirib.

İspaniya yığmasının baş məşqçisi komandanın oyununa taktiki dəyişikliklər etmək fikrində deyil.

Xəbər lenti

Xəbər lenti