...

İranda Şəhriyara həsr olunmuş "Heydər babaya salam" adlı kino çəkiləcək

Cəmiyyət Materials 9 İyun 2009 16:13 (UTC +04:00)

İranda Məhəmməd Hüseyn Şəhriyarın doğum gününə həsr olunmuş "Heydər babaya salam" adlı kino çəkiləcək, Trend çərşənbə axşamı MEHR xəbər agentliyinə istinadən məlumat yayıb.

Film Şəhriyarın "Heydər baba" şeir toplusu əsasında hazırlanmış ssenari ilə çəkiləcək. "Ssenari şairin uşaqlıq xatirələrinə və "Heydər baba" şeirinə əsasən hazırlanıb", - deyə filmin rejissoru Məhərrəm Zeynalzadə bildirib.

Onun sözlərinə görə, filimin ssenarisi həqiqətlər və təxəyyüllərə əsasən hazırlanıb və dastan şəklində Şəhriyarın həyatından bəhs edəcək.

Rejissor bildirib ki, "Heydər babaya salam" filmi "Şəhriyar" serialına qətiyyən oxşamır. "Mən filmin ilk çəklişinə sentyabrın 18-də Məhəmməd Şəhriyarın doğum günündə başlayacağam. Filmdə Azərbaycan dilini bilən peşəkar aktyorlar çəkiləcək", - deyə Zeynalzadə bildirib.

O əlavə edib ki, Şəhriyarla birgə elə şəxsiyyətlər yaşayıb ki, onlar fars dilində heç danışa bilməyiblər. "Film eyni vaxtda iki dildə - türk və fars dilində çəkiləcək", - deyə o bildirib.

Zeynalzadə əlavə edib ki, "Heydər babaya salam" filminin çəkilişlərində Azərbaycan aktyorları da iştirak edəcək. "İki ölkə aktyorlarının filmdə iştirakı "Heydər babaya salam" filminin Azərbaycanda göstərilməsinə də şərait yaradacaq", - deyə Zeynalzadə bildirib.

Xəbər lenti

Xəbər lenti