...

Azərbaycan tələbələrinin beynəlxalq film festivalı Almaniyanın Oberhauzen film festivalının tərəfdaşı olub

Cəmiyyət Materials 13 İyun 2009 11:06 (UTC +04:00)

Azərbaycan, Bakı, 13 iyun  / Trend , müxbir C.Babayeva /

Azərbaycanın "Start" Beynəlxalq Tələbə Filmləri Festivalı Almaniyanın nüfuzlu Oberhauzen Beynəlxalq Qısametrajlı Filmlər Festivalının rəsmi tərəfdaşı olub. 

"Start" bu il keçirilən 55-ci Oberhauzen Qısametrajlı Filmlər Festivalının kataloqunda rəsmi tərəfdaş kimi göstərilib, şənbə günü Trend -a festivalın təşkilat komitəsindən məlumat verilib.

"Start" festivalının təşkilatçısı olan "Cinema" Gənc Kinematoqrafçılar Mərkəzi gələn ildən etibarən Oberhauzen festivalında qalib gəlmiş filmlərin Azərbaycanda nümayişini təşkil etməyi planlaşdırır. Bunun üçün artıq danışıqlar aparılır və müsbət nəticələr əldə olunmaqdadır.

"Start" Beynəlxalq Tələbə Filmləri Festivalı hər il Mədəniyyət və Turizm, Gənclər və İdman nazirliklərinin və "Cinema" Gənc Kinematoqrafçılar Mərkəzinin təşkilatçılığı ilə keçirilir. Hər il festivalda dünyanın 17 ölkəsindən olan filmlər iştirak edir və onlar arasında ən yaxşıları münsiflər heyəti tərəfindən seçilərək, qiymətləndirilir.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti