...

İran azərbaycanlıları ölkədə baş verən prosesləri düzgün analiz etməlidirlər – DAK

Cəmiyyət Materials 30 İyun 2009 13:49 (UTC +04:00)

Azərbaycan, Bakı, 30 iyun  / Trend , müxbir C.Babayeva /  

Dünya Azərbaycanlıları Konqresi (DAK) İranda yaşayan azərbaycanlıların gözləmə mövqeyində olmalarını dəstəkləyir.

"İran azərbaycanlıları ölkədə baş verən proseslərin nəticəsini gözləyirlər. Onlar savadlıdırlar və siyasiləşiblər. İran azərbaycanlıları prosesləri düzgün analiz etməlidirlər", - deyə çərşənbə axşamı Trend Xəbərlər Şirkətinin Mətbuat Mərkəzində keçirilən mətbuat konfransında DAK İdarə Heyətinin üzvü və Daimi Şuranın sədri Əjdər Tağızadə bildirib.

Trend -un arayışı: İranda iyunun 12-də keçirilən prezident seşkisindən sonra prezident Mahmud Əhmədinejad və onun əsas rəqibi Mir Hüseyn Müsəvinin tərəfdarları arasında toqquşmalar baş verib. Rəsmi məlumatlara görə, toqquşmalar nəticəsində 20 nəfər, qeyri-rəsmi məlumatlara görə isə 150 nəfər həlak olub. Prezident seçkisində hazırki prezident Əhmədinejad 63,6 faiz səs çoxluğu ilə qalib gəlib.

Tağızadənin sözlərinə görə, azərbaycanlılar gözləmə mövqeyində olsalar da, İranda baş verən son prosesləri fəal olaraq izləyirlər. "İran azərbaycanlıları proseslərə qatılmadıqlarına görə qınanırlar. İranda yaşayan 40 milyondan çox azərbaycanlı təhlükə altındadır. Azərbaycan hökuməti dünya ölkələri kimi İranda insan haqlarının kobud surətdə pozulmasına etirazını bildirməlidir", - Tağızadə deyib.

Onun fikrincə, İran azərbaycanlılarının Milli Hərəkatının istiqlala nail olacağı vaxt yaxındadır. "Milli Hərəkat demokratik hərəkatdır. İqtiqlala nail olmaq üçün İranda yaşayan azərbaycanlılar təşkilatlanmalıdırlar", - o deyib.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti