...

Azərbaycanın Tələbə Qəbulu üzrə Dövlət Komissiyası ilk qəbul imtahanlarının keçirilməsinə hazırdır

Cəmiyyət Materials 3 İyul 2009 13:04 (UTC +04:00)

Azərbaycan, Bakı, 03 iyul / Trend , müxbir C.Babayeva /

Azərbaycanın Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) üçüncü ixtisas qrupuna iyulun 5-də keçiriləcək ilk qəbul imtanlarına hazırdır.

"Bakı, Naxçıvan və Sumqayıtda imtahanların keçirilməsi üçün 58 bina ayrılıb. Bütün binalarda təhlükəsizliyin təmin edilməsi üzrə işlər həyata keçirilib. İmtahanlara 2430 müşahidəçi müəllim və 242 imtahan rəhbəri cəlb olunub", - deyə cümə günü  jurnalistlərə TQDK-nın sədr müavini Namiq Babayev bildirib.

"Üçüncü ixtisas qrupuna 35722 abituriyent ərizə verib", - deyə Babayev bildirib. "Həmin qrup üzrə 27 dövlət və 14 özəl ali təhsil müəssisəsi tərəfindən ayrılan 1708 ixtisas üzrə 29030 boş yer var", - deyə o əlavə edib.

TQDK-nın sədr müavini üçücü ixtisas qrupu üzrə abituriyentləri imtahan qaydalarına riayət etməyə çağırıb. "Abituriyentlərə pulsuz yaddaş kitabçaları paylanacaq. Həmin kitabçalarda abituriyentlərin imtahan zalında davranış qaydaları əks olunub", - deyə o bildirib.

Babayev deyib ki, üçüncü ixtisas qrupu üzrə 2350 abituriyent hələ ki, attestat qiymətlərini elektron ərizə formasında təqdim etməyib və imtahana buraxılış vərəqəsi əldə etməyib. Ola bilsin ki, bu abituriyentlər orta məktəb imtahanlarını müvəffəqiyyətlə verə bilməyiblər", - deyə TQDK-nın sədr müavini əlavə edib.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti