...

Azərbaycan yığması Ümumdünya Oyunlarında ikinci medalını qazanıb

Cəmiyyət Materials 20 İyul 2009 19:54 (UTC +04:00)
Bazar ertəsi, səkkizinci Ümumdünya Oyunlarının keçirildiyi Qaosyunda (Tayvan) Azərbaycan yığması ikinci mükafatını qazanıb.
Azərbaycan yığması Ümumdünya Oyunlarında ikinci medalını qazanıb

Azərbaycan, Bakı, 20 iyul / Trend , müxbir А.Hüseynbala /

Bazar ertəsi səkkizinci Ümumdünya Oyunlarının keçirildiyi Qaosyunda (Tayvan) Azərbaycan yığması ikinci mükafatını qazanıb.

Ayla Əhmədova və Dilarə Sultanovadan ibarət akrobatik duet hakimlərdən 28,602 bal alaraq ikinci yeri tutub.

Azərbaycanlı cütlük çox ciddi rəqiblər, o cümlədən belaruslu dünya çempionları Katerina Muraşko və Alina Yuşkonu qabaqlaya bilib. Birinci yeri Tastana De Vos və Florens Xenristdən ibarət belçikalı cütlük tutub. Onlar 28,612 bal toplayıb. Üçüncü yerə britaniyalı idmançılar layiq görülüb.

Şənbə günü lent ilə çıxışlarda üçüncü yeri tutan gimnast Aliyə Qarayeva Azərbaycan yığmasının aktivinə ilk medalı yazdırıb.

Azərbaycan Gimnastika Federasiyası tərəfindən oyunlara göndərilən komanda iki medal qazanaraq, medalları olan ölkələr siyahısına daxil ola bilib.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti