...

Azərbaycan Mətbuat Şurasının sıralarına yeni üzvlər qəbul olunub

Cəmiyyət Materials 21 İyul 2009 17:52 (UTC +04:00)
"İdarə Heyətinin iclasındakı müzakirələrdən sonra Sabirabad rayonunda "Suqovuşan", Quba rayonunda "Şəfəq" və Sumqayıt şəhərində nəşr olunan "Sumqayıt" qəzetləri, "Bahar", "Hüquqi dövlət və qanun" jurnalları, "Kaspi" və "Qaya" Mətbuat Yayımlarının şuranın sıralarına qəbul olunması barədə razılıq verilib", - çərşənbə axşamı Trend News-a Mətbuat Şurasından bildirilib.

Azərbaycan, Bakı, 21 iyul / Trend , müxbir A.Hüseynbala /

Azərbaycan Mətbuat Şurasının sıralarına yeni üzvlər qəbul olunub.

"İdarə Heyətinin iclasındakı müzakirələrdən sonra Sabirabad rayonunda "Suqovuşan", Quba rayonunda "Şəfəq" və Sumqayıt şəhərində nəşr olunan "Sumqayıt" qəzetləri, "Bahar", "Hüquqi dövlət və qanun" jurnalları, "Kaspi" və "Qaya" Mətbuat Yayımlarının şuranın sıralarına qəbul olunması barədə razılıq verilib", - çərşənbə axşamı Trend -a Mətbuat Şurasından bildirilib.

Trеnd Nеws-un аrаyışı: Azərbaycanda 3300-dən çох kütləvi infоrmаsiyа vаsitəsi qеydiyyаtdаn kеçib. Hаzırdа оnlаrdаn 600-ə yахını fəaliyyət göstərir. Təхminən 400-ə qədər qəzеt və jurnаl dərc оlunur, 20-dən çoх tеlеkаnаl fəаliyyət göstərir. Аzərbаycаndа 50-yə yaxın elektron KİV, təxminən 20 informasiya agentliyi vаr. Qalanları isə internet resurslarıdır.

İclasda Mətbuat Şurasının 2009-cu ilin birinci yarısında gördüyü işlərə dair hesabatı da qəbul olunub.

İclasda Mətbuat Şurasının "reket" jurnalistikaya qarşı mübarizə komissiyasının təqdimatı əsasında adları şuranın "qara siyahı"sına əlavə olunacaq nəşrlər barədə də qərar qəbul edilib.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti