...

Azərbaycanın çaylarında suyun səviyyəsi artıb

Cəmiyyət Materials 31 İyul 2009 16:20 (UTC +04:00)
Böyük və Kiçik Qafqazın bəzi çaylarından keçən qısamüddətli daşqın və sel nəticəsində suyun səviyyəsi 30-35 sm artıb.
Azərbaycanın çaylarında suyun səviyyəsi artıb

Azərbaycan, Bakı, 31 iyul / Trend , müxbir C.Babayeva /

Azərbaycanın Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN) ölkədə daxili və transsərhəd çaylarda mövcud vəziyyəti müəyyən edib.

Böyük və Kiçik Qafqazın bəzi çaylarından keçən qısamüddətli daşqın və sel nəticəsində suyun səviyyəsi 30-35 sm artıb.

Hazırda ən yüksək sululuq ölkənin Quba-Xaçmaz və Balakən-Şəki bölgəsi çaylarında müşahidə olunur və ongünlük normanın 120-275, Qazax-Gəncə bölgəsi çaylarında isə normanın 135-145 faizini təşkil edir. Ən aşağı sululuq isə Lənkəran-Astara bölgəsi çaylarında müşahidə olunur və normanın 30-40 faizini təşkil edir. Bu barədə ETSN-in cümə günü yaydığı məlumatda bildirilib.

İyulun 28-də axşam və 29-da gecə yağan leysan yağışlar nəticəsində Böyük və Kiçik Qafqazın bəzi çaylarından qısamüddətli daşqın və sel keçib. Daşqınlar Balakən-Şəki bölgəsinin Balakənçay, Mazımçay, Talaçay, Kürmükçay, Kişçay, Şinçay, Quba-Xaçmaz bölgəsinin Qusarçay çayında müşahidə olunub.

Məlumata əsasən, hazırda Kür çayının Surra məntəqəsində suyun səviyyəsi 352 sm (2008-ci ildə 320 sm), Şirvanda 230 sm (2008-ci ildə 195 sm), Bankədə 267 sm (2008-ci ildə 285 sm), Araz-Novruzluda 100 sm (2008-ci ildə 103 sm) təşkil edir.

Şəmkir su anbarının hazırki səviyyəsi 154,14 metr (2008-ci ildə 152,73 metr), Mingəçevir su anbarının səviyyəsi 78,60 metr (2008-ci ildə 78,73 metr), Araz su anbarının səviyyəsi isə 775,38 metr (2008-ci ildə 771,27 metr) təşkil edir.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti