...

Dəniz quldurları tərəfindən tutulan Türkiyə gəmisindəki Azərbaycan vətəndaşları arasında xəsarət alan yoxdur (SİYAHI)

Cəmiyyət Materials 5 Avqust 2009 13:36 (UTC +04:00)

Azərbaycan, Bakı, 05 avqust / Trend /

Silahlı dəniz quldurları tərəfindən Nigeriya sularında "Dyuden" türk gəmisinin tutulması zamanı gəmidə olan Azərbaycan vətəndaşları arasında xəsarət alan olmayıb, bu barədə çərşənbə günü Azərbaycan Respublikasının  Dövlət Dəniz Administrasiyasının başçısı Namiq Ağamalıyev bildirib.

Onun sözlərinə əsasən, gəmidə dörd Azərbaycan vətəndaşı -  İlqar Mirzəyev, İlham Dadaşov, Tural Abilov və Tahir Əhmədov olub.

"Dyuden" gəmisi Tailanddan düyü apardığı Xarkourt limanı istiqamətində hərəkət edərkən silahlı dəniz quldurlarının hücumlarına məruz qalıb. Hücum nəticəsində gəminin aşpazı və ekipajın bir üzvü - Nigeriya vətəndaşı yaralanıb.

Lakin gəmi komandası dəniz quldurlarından qaça bilib.

Xəbər lenti

Xəbər lenti