...

Azərbaycan Təhsil Nazirliyi orta məktəblərdə dinin tədrisi üçün mütəxəssislərə ehtiyac görmür

Cəmiyyət Materials 13 Avqust 2009 12:45 (UTC +04:00)
"Ölkənin orta məktəblərində dini mövzuların tədrisi üçün kifayət qədər ali təhsilli müəllimlər var. Bunun üçün din sahəsində mütəxəssislərə ehtiyac yoxdur", - cümə axşamı Trend News-a T'əhsil Nazirliyinin Dərslik və nəşriyyat şöbəsinin müdiri Faiq Şahbazlı bildirib.
Azərbaycan Təhsil Nazirliyi orta məktəblərdə dinin tədrisi üçün mütəxəssislərə ehtiyac görmür

Azərbaycan, Bakı, 13 avqust / Trend , müxbir C.Babayeva / 

Azərbaycan Təhsil Nazirliyi orta məktəblərdə dini mövzuların tədris olunması üçün mütəxəssislərə ehtiyac görmür.

"Ölkənin orta məktəblərində dini mövzuların tədrisi üçün kifayət qədər ali təhsilli müəllimlər var. Bunun üçün din sahəsində mütəxəssislərə ehtiyac yoxdur", - cümə axşamı Trend -a T'əhsil Nazirliyinin Dərslik və nəşriyyat şöbəsinin müdiri Faiq Şahbazlı bildirib.

Trend -un arayışı: Qafqaz Müsəlmanları İdarəsi (QMİ) orta məktəblərdə dini maarifləndirmənin keyfiyyətindən razı olmadığını bildirib.

"Orta məktəblərdə dinin əsasları tədris olunur, lakin dini maarifləndirmə din sahəsinin mütəxəssiləri olmadan həyata keçirilir. Dinin daha keyfiyyətli tədrisi üçün Bakı İslam Universitetinin məzunları orta məktəblərdə işlə təmin oluna bilər", - dünən QMİ-nin 12-ci qurultayında İdarənin Nəzarət-Təftiş Komissiyasının sədri Elton Babayev bildirib.

Şahbazlı bildirib ki, Azərbaycanın orta məktəblərində din ayrıca fənn kimi tədris olunmur. "Dini mövzular "Tarix" və "İnsan və cəmiyyət" kimi dərsliklərdə var. Bu dərsliklərdə islam dininin dəyərləri, peyğəmbərin kəlamları əks olunub", - o deyib.  

Şəbə müdirinin sözlərinə görə, Təhsil Nazirliyi dini mövzuların daxil edildiyi dərsliklərin hazırlanmasında Qafqaz Müsəlmanları İdarəsi ilə məsləhətləşmələr aparmır. "Dərsliklərdə elə dini mövzular yoxdur ki, məsləhətləşmələr aparılsın. Dini mövzular dərslik müəllifləri tərəfindən hazırlanır", - Şahbazlı bildirib.  

Trend -un arayışı: Azərbaycanda din dövlətdən ayrıdır. Ölkə əhalisinin 95 faizini müsəlmanlar, 5 faizini xristianlar, yəhudilər və digər din nümayəndələri təşkil edir.  

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti