...

Şimali Qafqazdakı hadisələr Azərbaycanda dini stabilliyə təhlükə yaratmayıb - Dövlət Komitəsi

Cəmiyyət Materials 19 Avqust 2009 10:49 (UTC +04:00)
"Məlum hadisələrlə bağlı istər dini durumda, istərsə də dini qrupların fəaliyyətində Azərbaycanı hər hansı bir təhlükə gözləmir", - çərşənbə günü DQİDK-nın mətbuat xidmətinin rəhbəri Yaqut Əliyeva Trend News-a bildirib.
Şimali Qafqazdakı hadisələr Azərbaycanda dini stabilliyə təhlükə yaratmayıb - Dövlət Komitəsi

Azərbaycan, Bakı, 19 avqust / Trend , muxbir K.Zərbalıyeva /

Azərbaycanın Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK) bəyan edir ki, Şimali Qafqazda son vaxtlar baş verən hadisələr ölkədəki dini stabilliyə təhlükə yaratmayıb.

"Məlum hadisələrlə bağlı istər dini durumda, istərsə də dini qruplarin fəaliyyətində Azərbaycanı hər hansı bir təhlükə gözləmir", - çərşənbə günü Trend -a DQİDK-nın mətbuat xidmətinin rəhbəri Yaqut Əliyeva bildirib.

Trend -un arayışı: Son günlər Şimali Qafqazda qeyri-sabit vəziyyət müşahidə olunur. Bir neçə terror aktı və qətllər həyata keçirilib. Azərbaycanın bir hissəsi Şimali Qafqazla sərhəddə yerləşir.

Dövlət Sərhəd Xidmətinin rəisi Elçin Quliyev çərşənbə axşamı jurnalistlərə bildirib ki, Şimali Qafqazdakı vəziyyət şimal sərhədlərindəki xidməti döyüş fəaliyyətində nəzərə alınıb.

Quliyev deyib ki, Azərbaycanın şimal sərhədləri etibarlı qorunur. "Azərbaycan sərhədçiləri baş verə biləcək istənilən hallara hazırdır və zəruri səviyyədə peşəkar mühafizə həyata keçirilir", - DSX rəisi əlavə edib.

Əliyeva bildirib ki, müvafiq qurumlar keçirilən tədbirlər nəticəsində ölkədə daxili siyasi sabitlik hökm sürür və neqativ hallarin baş verməsi üçün zəmin yoxdur. O qeyd edib ki, ölkənin şimal qonşusunda məlum hadisələr Azerbayacana təsir etmir və ölkənin hər yerində vəziyyət nəzarətdədir.


Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti