...

Rusiya Azərbaycanla təhsil sahəsində əməkdaşlığı davam etdirməyə hazırdır – səfir

Cəmiyyət Materials 19 Avqust 2009 17:54 (UTC +04:00)
Rusiya Azərbaycanla təhsil sahəsində əməkdaşlığı davam etdirməyə hazırdır. Bu da dövlətlər arasındakı dostluq münasibətləri və Azərbaycanda rus dilinin geniş yayılması ilə şərtlənir. Bu barədə Rusiyanın Azərbaycandakı səfiri Vladimir Doroxin deyib.
Rusiya Azərbaycanla təhsil sahəsində əməkdaşlığı davam etdirməyə hazırdır – səfir

Azərbaycan, Bakı, 19 avqust / Trend , müxbir E.Tariverdiyeva /

Rusiya Azərbaycanla təhsil sahəsində əməkdaşlığı davam etdirməyə hazırdır. Bu da dövlətlər arasındakı dostluq münasibətləri və Azərbaycanda rus dilinin geniş yayılması ilə şərtlənir. Bu barədə Rusiyanın Azərbaycandakı səfiri Vladimir Doroxin deyib.

"Rusiya Azərbaycanla təhsil sahəsində səmərəli əməkdaşlığı davam etdirməyə hazırdır. Bunun əsasını Rusiya ali məktəblərinin nüfuzu, rus dilinin Azərbaycanda geniş yayılması, Rusiya-Azərbaycan münasibətlərinin dostluq xarakteri təşkil edir", - səfir Rusiyanın dövlət ali təhsil müəssisələrində oxumaq üçün təqaüd əldə etmiş gənc azərbaycanlılardan ibarət qrupun ölkə xaricində təhsilə yolasalma mərasimində deyib.

Tədbir RF-nin Azərbaycandakı səfirliyində baş tutub. Tədbirdə Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsinin Rusiya proqramı üzrə yola salınan tələbələr, onların Rusiya hökumətinə minnətdar olan valideynləri iştirak ediblər.

Rusiyanın Azərbaycandakı səfiri azərbaycanlı tələbələri təbrik edib və onlara uğurlar arzulayıb.

"Əmin edirəm ki, Rusiyada olduğunuz ilk andan özünüzü rahat və yaxşı hiss etməyiniz üçün hər bir şey edəcəyik", - Doroxin deyib.

Doroxin hesab edir ki, təhsil başa çatandan sonra tələbələr Azərbaycana qayıdacaqlar və yaxşı mütəxəssislər Rusiya-Azərbaycan münasibətlərinin gələcək möhkəmlənməsi üçün xidmət edəcəklər.

"Azərbaycanda Rusiyada təhsilə böyük maraq qalmaqdadır. Moskva bunu qiymətləndirir və kömək etməyə çalışır", - səfir deyib.

2007-ci ildə Rusiya Azərbaycana öz ali təhsil məktəblərində müxtəlif növ hazırlıqlara 178 dövlət təqaüdü ayırıb. 2008-ci ildə 198 təqaüd təqdim olunub. İndi isə Rusiyanın ali təhsil məktəblərində 5755 Azərbaycan vətəndaşı təhsil alır. Onlardan 1420 nəfəri Rusiyanın federal büdcəsi hesabına təhsil alır.

Doroxinin sözlərinə görə, Rusiya ali məktəblərinin təcrübəsi, ənənələri və dəyərləri Lomonosov adına MDU-nun və Moskva Dövlət Açıq Universitetinin Bakı filialında tamamilə həyata keçirilir.

"Rusiya, ali təhsil məktəbinin Azərbaycanda yüksəkixtisaslı kadrların hazırlanmasında əsas mərkəzlərdən biri olmasından qürur duyur", - o deyib.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti