...

Azərbaycanda məktəbli formalarının valideynlər tərəfindən alınmasına heç kəs mane ola bilməz - nazir

Cəmiyyət Materials 4 Sentyabr 2009 12:14 (UTC +04:00)
Azərbaycanda məktəbli formalarının valideynlər tərəfindən alınmasına heç kəs mane ola bilməz - nazir

Azərbaycan, Bakı, 04 sentyabr / Trend , C.Babayeva /

"Azərbaycanda heç kəs şagirdlərin valideynləri tərəfindən məktəbli formalarının alınmasına mane ola bilməz", - cümə günü jurnalistlərə təhsil naziri Misir Mərdanov bildirib.

"Nə məktəb rəhbərliyi, nə müəllimlər, nə də yerli icra orqanları şagirdlərin valideynlərinin məktəbli forması alması prosesinə mane ola bilməz. Onlar yalnız məkətbli formasını müəyyən edə bilər, lakin onun hazırlanması və alınması prosesinə mane ola bilməz", - nazir bildirib.

"Təhsil Nazirliyinə ölkənin bəzi rayonlarında yerli icra orqanlarının uşaq fondları yaratması və müəllimlərin əmək haqqından bir faiz çıxılması barədə məlumat daxil olub", - nazir bildirib. "Bu qanunsuzdur. Qeyri-qanuni olaraq bu kimi fondlar yaradan şəxslər cəzalandırılacaq", - Mərdanov deyib.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti