...

Azərbaycan məhkəməsi narkotik alveri ilə məşğul olan İran vətəndaşını cəzalandırıb

Cəmiyyət Materials 7 Sentyabr 2009 16:00 (UTC +04:00)
Azərbaycan məhkəməsi narkotik alveri ilə məşğul olan İran vətəndaşını 8 il azadlıqdan məhrum edib
Azərbaycan məhkəməsi narkotik alveri ilə məşğul olan İran vətəndaşını cəzalandırıb

Azərbaycan, Bakı, 07 sentyabr / Trend , müxbir H.Bağırov /

Azərbaycan məhkəməsi narkotik alveri ilə məşğul olan İran vətəndaşını 8 il azadlıqdan məhrum edib.

Trend -un məlumatına görə, Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədə Hassoni Mustafa Ali Hassein oğlu Cinayət Məcəlləsinin qaçaqmalçılıq (206.2) və külli miqdarda narkotik vasitələri, psixotrop maddələri və ya prekursorları hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma (234.4.3) maddələri ilə təqsirli bilinərək cəzalandırılıb.

Təqsirləndirilən şəxs bu il aprelin 26-da Lənkəran şəhər Polis Şöbəsinin əməkdaşları tərəfindən Liman şəhərində tutulub.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti