...

Azərbaycan Təhsil Nazirliyi özəl ali məktəblərdən birinin bağlanması barədə hələki qərar qəbul etməyib

Cəmiyyət Materials 9 Sentyabr 2009 14:38 (UTC +04:00)
“Bu il Azərbaycan hökuməti universitetə tələbə qəbulu aparmağa icazə vermədi. Ali məkətb rəhbərliyi bundan nəticə çıxarmalı və fəaliyyətini dəyişməlidir”, - çərşənbə günü jurnalistlərə təhsil naziri Misir Mərdanov deyib.
Azərbaycan Təhsil Nazirliyi özəl ali məktəblərdən birinin bağlanması barədə hələki qərar qəbul etməyib

Azərbaycan, Bakı, 09 sentyabr / Trend , müxbir C.Babayeva /

Təhsil Nazirliyi Azərbaycan Beynəlxalq Universitetinin (ABU) bağlanması barədə hələki qərar qəbul etməyib.

"Bu il Azərbaycan hökuməti universitetə tələbə qəbulu aparmağa icazə vermədi. Ali məkətb rəhbərliyi bundan nəticə çıxarmalı və fəaliyyətini dəyişməlidir", - çərşənbə günü jurnalistlərə təhsil naziri Misir Mərdanov deyib.

Nazirin sözlərinə görə, ali məktəbin rektoru və prorektoru dəfələrlə nazirliyə çağırılıblar və onlara universitetdə iş prosesini qaydaya salmaq tövsiyə olunub. "Təssüf ki, onların bu məsələ üzrə vədləri hələki yalnız sözdədir", - nazir deyib.

Mərdanov deyib ki, ABU-nun ikinic, üçüncü və dördüncü kurs tələbələri təhsillərini davam etdirə və diplom ala bilərlər.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti