...

Azərbaycanda ekspertizaya göndərilən işlərin sayı artıb - Mərkəz direktoru

Cəmiyyət Materials 11 Sentyabr 2009 13:50 (UTC +04:00)

Azərbaycan, Bakı,11 sentyabr / Trend , muxbir K.Zərbalıyeva /

Azərbaycanda ekspertizaya göndərilən işlərin sayı artıb.

Trend -un məlumatına görə, Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin direktoru Fuad Cavadov cümə günü jurnalistlərə bildirib ki, bu ilin 6 ayında mərkəzə 7 mindən artıq iş ekspertiza olunmaq üçün göndərilib.

Cavadovun sözlərinə görə, ekspertizaya göndərilən işlər arasında mobil telefonların oğurlanması ilə əlaqədar işlər üstünlük təşkil edir.

Cavadov deyib ki, bu cinayətlərin sayı son illər artdığından Mərkəzə bu işlərlə bağlı əmtəəşünaslıq ekspertizasının keçirilməsi üçün müraciətlər də çoxalıb.

Ümumiyyətlə, Mərkəzə göndərlən işlər sırasında narkotiklər, telefon oğurluğu, yol nəqliyyat qəzaları, odlu və soyuq silahlardan istifadə ilə bağlı törədilən cinayət işləri ilə əlaqədar ekspertizalar üstünlük təşkil edir.

Mərkəz direktoru ekspertizanın keçirilməsi üçün xarici ölkələrə müraciət olunmadığını bildirib, lakin gələcəkdə belə bir halın mümkünlüyünü də istisna etməyib.

Cavadovun sözlərinə görə, xarici ölkələrdən Mərkəzə fonoskopik (səs) ekspertizasının keçirilməsi ilə müraciətlər çox olur. Bu müraciətlər isə Azərbaycan vətəndaşlarının xarici ölkələrdə törətdiyi cinayətlərlə bağlıdır.

Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzi 2006-cı ildən Mərkəz kimi fəaliyyət göstərir. 1956-cı ilin iyun ayında Nazirlər Sovetinin yanındakı hüquq komissiyasının nəzdində Elmi-Tədqiqat Kriminalistik Laboratoriya kimi yaradılıb. 1960-cı il dekabr ayının 15-də isə Azərbaycan elmi-tədqiqat məhkəmə ekspertizası institutu yaradılıb.

Məhkəmə-tibb və məhkəmə-psixiatrik ekspertizalar istisna olmaqla, 40 növdən artıq ekspertizalar bu Mərkəzdə aparılır.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti