Azərbaycan, Bakı, 14 sentyabr / Trend , müxbir C.Babayeva /
"İrəli" İctimai Birliyinin üzvləri İrəvanda Avropa Çempionatında qızıl medal qazanan Azərbaycan cüdoçusu Elmar Qasımovun qələbəsini qeyd ediblər.
Azərbaycanlı idmançı cüdo üzrə Avropa Çempionatının finalında çex Lukaş Krpaleki məğlub edib.
Elmar Qasımov 1/16 finalda fransız Klement Derve, 1/8 finalda avstriyalı Qabor Qeyer , 1/4 finalda belarus Anton Matseleviç və nəhayət yarımfinalda polyak Tomaş Domanski ilə görüşərək Avro-2009-un finalına çıxıb.
Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]