Azərbaycan, Bakı, 18 sentyabr / Trend , müxbir F.Hüseynli /
Azərbaycan futbol üzrə yığması İspaniya yığması ilə qarşılaşacaq.
Azərbaycan Futbol Federasiyaları Assosiasiyasından (AFFA) cümə günü Trend -a bildiriblər ki, sabah 19 yaşadək qızlardan ibarət yığma komandalar arasında Avropa çempionatının seçmə mərhələsinin Bakıda keçiriləcək 10-cu qrupunun oyunlarına start veriləcək. İlk oyun günü Ukrayna komandası Kiprlə, yığmamız isə ispaniyalı həmyaşıdları ilə qarşılaşacaq.
Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək İspaniya - Azərbaycan yığmasının baş hakimi Emiliya Vnuk (Polşa), baş hakimin köməkçiləri Kinqa Senyuk (Polşa), Katalin Emese Torokdur (Macarıstan). Dördüncü hakim isə Katalin Kulksardır (Macarıstan).
UEFA nümayəndəsi və hakim-inspektor Almaniyadan olan Volf-Günter Viseldir.
Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]