...

Cənubi Qafqazın ən hündür nöqtəsində Kompleks Hidrometeoroloji mərkəz fəaliyyətə başlayacaq

Cəmiyyət Materials 24 Sentyabr 2009 12:27 (UTC +04:00)
Cənubi Qafqazın ən hündür nöqtəsində Kompleks Hidrometeoroloji və Ekoloji Tədqiqat Elm Mərkəzi yaxın zamanda fəaliyyətə başlayacaq.
Cənubi Qafqazın ən hündür nöqtəsində Kompleks Hidrometeoroloji mərkəz fəaliyyətə başlayacaq

Azərbaycan, Bakı, 24 sentyabr / Trend , müxbir C.Babayeva /

Cənubi Qafqazın ən hündür nöqtəsində Kompleks Hidrometeoroloji və Ekoloji Tədqiqat Elm Mərkəzi yaxın zamanda fəaliyyətə başlayacaq.

Elm Mərkəzinin fəaliyyətə başlaması üçün 3000 metrə yaxın hündürlükdə müvafiq inzibati bina tikilib və meteoroloji müşahidə meydançası yaradılıb. Bu barədə cümə axşamı Trend -a Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Məlumata əsasən, həm Elm Mərkəzində, həm də Mərkəzdən aralı Şahdağın 3500 metr hündürlüyündə Finlandiyanın məşhur Vaysala firmasının istehsalı olan Avtomat Meteoroloji Stansiyalar (AMS) quraşdırılıb. Artıq meteoroloji stansiyalardan ilkin meteoroloji müşahidə məlumatlarının alınmasına başlanılıb. Hazırda belə AMS-dən biri də 4200 metr hündürlükdə yerləşən Tufandağda da quraşdırılır. Bütün ləvazimat artıq Tufandağın zirvəsinə qaldırılıb.

Son günlər ölkə ərazisində hökm sürən qeyri-sabit hava şəraiti ilə əlaqədar mütəxəssislər Tufandağın zirvəsindən enməyə məcbur olublar. Lakin Cənubi Qafqazın ən hündür nöqtəsində yerləşən (4200 metr) stansiyanin yaxın vaxtlarda quraşdırılması işi uğurla başa çatdırılacaq.

Azərbaycan ərazisində Böyük Qafqaz dağlarının şimal-şərq yamacında Kompleks Hidrometeoroloji və Ekoloji Tədqiqat Elm Mərkəzi Prezident İlham Əliyevin "Böyük Qafqazın Bazardüzü-Şahdağ-Tufandağ ekosisteminin Kompleks Hidrometeoroloji və Ekoloji Tədqiqatı ilə bağlı Tədbirlər haqqında" Sərəncamının icrasını təmin etmək məqsədilə yaradılıb.

Mərkəzin yaradılmasında məqsəd yüksək dağlıq ərazilərin bir ekosistem kimi kompleks öyrənilməsi, xüsusən həmin ərazinin mikroiqliminin, hidroloji proseslərin, dağ buzlaqlarının tədqiqi, iqlim dəyişmələri və onun ətraf mühitə, biomüxtəlifliyə təsirinin qiymətləndirilməsidir.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti