...

Bakı liseylərindən birinə bomba qoyulması barədə yalan məlumat verən şəxsə hökm oxunub

Cəmiyyət Materials 5 Oktyabr 2009 17:35 (UTC +04:00)
Trend News-un məlumatına görə, Ağır Cinayətlərə dair İşlər üzrə Məhkəmədə bazar ertəsi Cinayət Məcəlləsinin terrorçuluq barədə bilə-bilə yalan məlumat vermə (216) maddəsi ilə ittiham olunan Bakı şəhər sakini, 1992-ci il təvəllüdlü Həmidə Nəsibovanın cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Bakı liseylərindən birinə bomba qoyulması barədə yalan məlumat verən şəxsə hökm oxunub

Azərbaycan, Bakı, 05 oktyabr / Trend , müxbir H.Bağırov/

Bakının Nizami rayonunda yerləşən liseylərdən birinə bomba qoyulması barədə polisə yalan məlumat verən şəxsə hökm oxunub.

Trend -un məlumatına görə, Ağır Cinayətlərə dair İşlər üzrə Məhkəmədə bazar ertəsi Cinayət Məcəlləsinin terrorçuluq barədə bilə-bilə yalan məlumat vermə (216) maddəsi ilə ittiham olunan Bakı şəhər sakini, 1992-ci il təvəllüdlü Həmidə Nəsibovanın cinayət işi üzrə məhkəmə prosesi başa çatıb. Məhkəmə təqsirləndirilən şəxsin ruhi xəstə olmasını nəzərə alaraq, Nəsibovanın 1 saylı Maştağa ruhi əsəb dispanserinə göndərilməsi barədə qərar qəbul edib.

Nəsibova bu il mayın 30-da saat 16:00 radələrində polisə zəng vuraraq, Məhsəti küçəsində yerləşən "Zəngi" liseyinə bomba qoyulduğunu bildirib.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti