...

Çimərlik futbolu üzrə Azərbaycan milli komandası İrana səfər edəcək

Cəmiyyət Materials 7 Oktyabr 2009 17:40 (UTC +04:00)
Trend News-un məlumatına görə, İran Çimərlik Futbol Federasiyasının prezident müavini Müctəba Rizvani bildirib ki, çimərlik futbolu üzrə Azərbaycan milli komandasının İrana səfəri ilə bağlı müzakirələr aparılıb və razılaşma əldə olunub. Bu barədə İranın FARS xəbər agentliyi məlumat yayıb.
Çimərlik futbolu üzrə Azərbaycan milli komandası İrana səfər edəcək

Azərbaycan, Bakı, 07 oktyabr / Trend , müxbir T.Cəfərov/

Çimərlik futbolu üzrə Azərbaycan milli komandası İrana səfər edəcək.

Trend -un məlumatına görə, İran Çimərlik Futbol Federasiyasının prezident müavini Müctəba Rizvani bildirib ki, çimərlik futbolu üzrə Azərbaycan milli komandasının İrana səfəri ilə bağlı müzakirələr aparılıb və razılaşma əldə olunub. Bu barədə İranın FARS xəbər agentliyi məlumat yayıb.

"Çimərlik futbolu üzrə Azərbaycan və İran yığmaları arasında yoxlama oyunları oktyabrın 14-dən 22-dək Tehranda Azərbaycan komandasının təlim-məşq toplanışı çərçivəsində keçiriləcək", - Rizvani deyib.

Azərbaycan və İran komandaları arasında yoxlama oyunları İran yığmasının noyabrın 16-da Birləşmiş Ərəb Əmirliklərində keçiriləcək çimərlik futbolu üzrə Dünya kubokuna hazırlıq məqsədini daşıyır. Yarışlarda dünyanın 16 ən yaxşı çimərlik futbol komandaları iştirak edəcək.

Çimərlik futbolu üzrə Azərbaycan millisi 20-23 avqust 2009-cu il tarixində Portuqaliyanın Villa Real de Santo Antonio şəhərində EBSL 2009 (Euro beach Soccer League 2009) Avropa Çempionatının final mərhələsində promofinal mərhələsinə vəsiqə qazanıb və nəticədə 4-cü yeri qazanmaqla Avropanın ən yaxşi 12 komandasının siyahısına düşüb.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti