...

Müasir Azərbaycan ədəbiyyatının tanınmış simalarından olan Əlibala Hacızadə dünyasını dəyişib

Cəmiyyət Materials 9 Oktyabr 2009 11:36 (UTC +04:00)
O, 1935-ci il avqustun 28-də Biləsuvar rayonunun Ağalıkənd kəndində anadan olmuşdur. 1966-1970-ci illərdə Əfqanıstanda mütərcimlik etmiş, hazırkı vaxta qədər Azərbaycan Milli Elmlər Akademiyasında işləmişdir.
Müasir Azərbaycan ədəbiyyatının tanınmış simalarından olan Əlibala Hacızadə dünyasını dəyişib

Azərbaycan, Bakı, 9 oktyabr / Trend , müxbir K.Zərbalıyeva/

Müasir Azərbaycan ədəbiyyatının tanınmış simalarından olan, yazıçı Əlibala Hacızadə dünyasını dəyişib.

O, 1935-ci il avqustun 28-də Biləsuvar rayonunun Ağalıkənd kəndində anadan olmuşdur. 1966-1970-ci illərdə Əfqanıstanda mütərcimlik etmiş, hazırkı vaxta qədər Azərbaycan Milli Elmlər Akademiyasında işləmişdir.

1956-cı ildə yazdığı "Mənim müəlliməm" adlı ilk hekayəsi ilə ədəbi yaradıcılığa başlayan müəllif "Təyyarə kölgəsi", "Əfsanəsiz illər", Ayrılığın sonu yoxmuş", "Vəfalim mənim" və s. əsərləri qisa müddətdə tanınıb sevilmişdir. "İtkin gəlin" trilogiyasını yaratmaqla isə Hacızadə milyonlarla oxucunun qəlbini fəth etmişdir. Bu roman əsasında yazdığı ssenariyə 12 seriyalı bədii televiziya filmi çəkilmişdir (1993-1994).

Mərhumla vida mərasimi bu gün saat 15:00-da Azərbaycan Milli Elmlər Akademiyasında keçiriləcək.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti