Azərbaycan, Bakı, 12 oktyabr / Trend , müxbir H.Bağırov/
Terror barədə polisə yalan məlumat verməkdə ittiham olunan Ağstafa rayon sakininin cinayət işi üzrə məhkəmə prosesi keçirilib.
Trend -un məlumatına görə, bazar ertəsi Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədə prokuror Cinayət Məcəlləsinin terrorla hədləmə (216) maddəsi ilə ittiham olunan Səməd Əhmədova cəza istəyib. Prokuror məhkəmədən Əhmədova 6 il azadlıqdan məhrumetmə cəzasının verilməsini xahiş edib.
19 yaşlı Əhmədov Daxili İşlər Nazirliyinin 102 xidmətinə zəng edərək, "banka bomba qoyulub" deyərək telefonu söndürüb. Aparılan araşdırmalardan sonra məlumat təsdiqini tapmayıb. Əhmədov isə hüquq-mühafizə oraqnlarının əməkdaşları tərəfindən müəyyən edilərək, tutulub.
Məqalə müəllifi ilə əlaqə ünvanı:[email protected]