...

Azərbaycan Ədliyyə Nazirliyi Konstitusiya Məhkəməsinin İKT texnologiyaları ilə təchizatı üçün tender elan edib

Cəmiyyət Materials 16 Oktyabr 2009 11:01 (UTC +04:00)
Ədliyyə Nazirliyinin mətbuat xidmətindən Trend News-a verilən məlumata görə, tender Dünya Bankının təlimatlarına uyğun aparılacaq və təlimatlarda göstərildiyi kimi tenderdə iştirak hüququna malik ölkələrdən olan bütün iştirakçılar üçün açıqdır.
Azərbaycan Ədliyyə Nazirliyi Konstitusiya Məhkəməsinin İKT texnologiyaları ilə təchizatı üçün tender elan edib

Azərbaycan, Bakı, 16 oktyabr / Trend , muxbir K.Zərbalıyeva/

Azərbaycan Ədliyyə Nazirliyi ədliyyə sisteminin müasirləşdirilməsi layihəsi çərçivəsində Konstitusiya Məhkəməsinin informasiya kommunikasiya texnologiyaları ilə təchizatı üçün tender elan edib.

Ədliyyə Nazirliyinin mətbuat xidmətindən Trend -a verilən məlumata görə, tender Dünya Bankının təlimatlarına uyğun aparılacaq və təlimatlarda göstərildiyi kimi tenderdə iştirak hüququna malik ölkələrdən olan bütün iştirakçılar üçün açıqdır.

İştirakçılar yazılı ərizə təqdim etməklə və aşağıdakı bank hesabına 150 AZN məbləğində geri qaytarılmayan tenderdə iştirak haqqını ödəməklə Tender Sərtlər Toplusunu ingilis dilində Ədliyyə Nazirliyindən əldə edə bilərlər.

Tender təklifləri noyabrın 26-dək çatdırılmalıdır. Gec təqdim olunmuş və elektron tender təklifləri qəbul edilməyəcək.

Tender təklifləri Tender Komissiyasının üzvlərinin və tender prosedurunda iştirak etmək arzusunda olan iştirakçılar və (və ya) onların səlahiyyətli nümayəndələrinin iştirakı ilə noyabrın 26-da saat 15.00-dan sonra açılacaq.

Tender təklifləri 12,000 (on iki min) ABŞ dolları məbləğində bank zəmanəti ilə təmin olunmalıdır.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti