...

Sərbəst güləş üzrə Azərbaycan yığması "Qitələrarası Kubоk" turnirində bürünc medal qazanıb

Cəmiyyət Materials 19 Oktyabr 2009 12:35 (UTC +04:00)
Güləş Federasiyasının İnformasiya və ictimaiyyətlə əlaqələr departamentinin rəhbəri Aysel Osmanlı bazar ertəsi Trend News-a bildirib ki, Dağıstanın Xasavyurt şəhərində "Qitələrarası Kubоk" turnirində iştirak edən sərbəst güləş üzrə böyüklərdən ibarət yığma komandamız bürünc medal qazanıb.
Sərbəst güləş üzrə Azərbaycan yığması "Qitələrarası Kubоk" turnirində bürünc medal qazanıb

Azərbaycan, Bakı, 19 oktyabr / Trend , muxbir F.Hüseynli/

Sərbəst güləş üzrə yığmamız "Qitələrarası Kubоk" turnirində bürünc medal qazanıb

Güləş Federasiyasının İnformasiya və ictimaiyyətlə əlaqələr departamentinin rəhbəri Aysel Osmanlı bazar ertəsi Trend -a bildirib ki, Dağıstanın Xasavyurt şəhərində "Qitələrarası Kubоk" turnirində iştirak edən sərbəst güləş üzrə böyüklərdən ibarət yığma komandamız bürünc medal qazanıb.

Turnirdə ölkəmizin idman şərəfini 55 kq-da Namiq Sеvdimоv və Yaşar Əliyеv, 60 kq-da Xaybulla Şaalоv, 66-da Еmin Əzizоv, 74-də Əşrəf Əliyеv, 84-də Nоvruz Tеmrеzоv, 96-da Cəmaləddin Məhəmmədоv və 120 kq-da Müslüm Müslümоv qоruyub. Yarışda Rusiya, Ukrayna, Türkiyə, Bеlarus, Gürcüstan, Dağıstan və Azərbaycan yığma kоmandaları mübarizə aparıblar. Rеqlamеntə görə, püşkatmadan sоnra yığmalar kоmanda sistеmi üzrə 2 qrupda yarışıb. Qrup qalibləri finalda, 2-ci yеri tutanlar isə bürünc mеdal uğrunda qarşılaşıblar.

Təmsil olunduğu qrupda Ukrayna (4-3) və MOİK (6-1) üzərində qələbə qazanmaqla ikinci yeri tutan komandamız digər qrupun ikincisi olan Gürcüstan yığması ilə bürünc medal uğrunda mübarizə aparmalı olub. Bu mübarizədə 4-3 hesabı ilə qalib gələn sərbəst güləşçilərimiz turniri 3-cü yerdə başa vurublar. Finalda Rusiya ilə qarşılaşan Dağıstan komandası turniri birinci yerdə tamamlayıb.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti