...

Azərbaycanda futbol totalizatorlarının yaradılması üzrə işlər fəallaşdırılır - AFFA prezidenti

Cəmiyyət Materials 19 Oktyabr 2009 17:46 (UTC +04:00)
"Gənclər və İdman Nazirliyi və Azərbaycan Futbol Federasiyaları Assosiasiyası (AFFA) hazırda Azərbaycanda futbol totalizatorlarının yaradılması işlərini həyata keçirir", - jurnalistlərə bazar ertəsi AFFA prezidenti Rövnəq Abdullayev deyib.
Azərbaycanda futbol totalizatorlarının yaradılması üzrə işlər fəallaşdırılır - AFFA prezidenti

Azərbaycan, Bakı, 19 oktyabr / Trend , müxbir E.İsmayılov/

Azərbaycanda futbol totalizatorlarının yaradılması üzrə işlər fəallaşdırılır.

"Gənclər və İdman Nazirliyi və Azərbaycan Futbol Federasiyaları Assosiasiyası (AFFA) hazırda Azərbaycanda futbol totalizatorlarının yaradılması işlərini həyata keçirir", - jurnalistlərə bazar ertəsi AFFA prezidenti Rövnəq Abdullayev deyib.

Milli Məclisin komitəsinin iyunun 24-də keçirilən iclasında "Bədən tərbiyəsi və idman haqqında" qanun layihəsinə lotereya və totalizatorlar vasitəsilə idmanın maliyyələşdirilməsini nəzərdə tutan yeni əsasnamə tətbiq edilib.

Bir müddət əvvəl Azərbaycanın gənclər və idman naziri Azad Rəhimov jurnalistlərə bildirmişdi ki, Azərbaycanda totaliztorlar vasitəsilə idmanın maliyyələşdirilməsi qanuniləşdirilməlidir.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti