...

Alman məşqçinin Azərbaycan yığmasına başçılıq edib-etməyəcəyi danışıqlardan sonra məlum olacaq - AFFA prezidenti

Cəmiyyət Materials 19 Oktyabr 2009 18:01 (UTC +04:00)
Azərbaycan yığmasının baş məşqçisi Berti Foqtsun fəaliyyət müddətinin uzadılması məsələsi AFFA rəhbərliyi və Foqts arasında aparılan danışıqlardan sonra məlum olacaq.
Alman məşqçinin Azərbaycan yığmasına başçılıq edib-etməyəcəyi danışıqlardan sonra məlum olacaq - AFFA prezidenti

Azərbaycan, Bakı, 19 oktyabr / Trend , müxbir E.İsmayılov/

Azərbaycan yığmasının baş məşqçisi Berti Foqtsun fəaliyyət müddətinin uzadılması məsələsi AFFA rəhbərliyi və Foqts arasında aparılan danışıqlardan sonra məlum olacaq.

"Noyabrda Foqts Bakıya gələcək, əgər danışıqlar normal keçsə, mən onun gələcəkdə də Azərbaycan yığmasına başçılıq etməsi ilə razıyam", - Azətrbaycan Futbol Federasiyası Assosiasiyasının prezidenti Rövnəq Abdullayev bazar ertəsi jurnalistlərə deyib.

AFFA 2008-ci ilin aprelində alman məşqçi Berti Foqtsla 2009-cu ilin sonunadək müqavilə imzalayıb.

Azərbaycan yığması Dünya Çempionatı 2010-un seçmə oyunlarında Berti Foqtsun rəhbərliyi ilə 5 xal toplayıb.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti